Xırdalanda biabırçılıq: avtobus dayanacağı belə zəbt edilib

Avtosfer Foto 13 İyun 2018 10:15 Oxunub 1644
Xırdalanda biabırçılıq: avtobus dayanacağı belə zəbt edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisindən vəziyyətə nəzarət etməyi və tədbir görmək xahiş edilir

Xırdalan şəhəri, "Kristal Abşeron" yaşayış kompleksinin yanında yerləşən avtobus dayanacağı taksilər tərəfindən zəbt edilib.

Bu barədə Avtosfer.az- a Elşən İbrahimov adlı oxucu şikayət məktubu göndərib. Şikayətçi bildirir ki, xalq arasında "1 manatlıq taksilər" kimi tanınan maşınlar dayanacağı tamamilə tutur. Avtobuslar isə məcbur olub hərəkət zolağında dayanır. Sərnişinlərin düşüb minməsi isə vaxt aparır. Bu da ərazisidə tıxacların yaranmasına səbəb olur. Şikayətçi dövlət yol polisi əməkdaşlarından vəziyyətə nəzarət etməyi və tədbir görməyi xahiş edir. 

Avtosfer.az məsələ ilə bağlı bir daha DYP-yə müraciət edərək yaxın zamanda problemin həlli istiqamətində ciddi addım atıb nəticəni ictimaiyyətə təqdim etməyi xahiş edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh