Sumqayıtda 16 yaşlı qız itkin düşüb - FOTO

Gündəm 13 İyun 2018 10:42 Oxunub 1411
Sumqayıtda 16 yaşlı qız itkin düşüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun boyu 1.60 sm, gözləri şabalıdı, çənə nahiyəsində qara xalı və burnunda çapığı var

Sumqayıt şəhərində 16 yaşlı qız itkin düşüb. "Report"un yerli bürosunun məlumatına görə, şəhərin 16-cı mikrarayon ev 91 A ünvanında yaşayan 2002-ci il təvəllüdlü Məmmədova Ülviyyə Reyhun qızı mağazaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hazırda Ü.Məmmədovanın axtarışları davam edir.  Onun boyu 1.60 sm, gözləri şabalıdı, çənə nahiyəsində qara xalı və burnunda çapığı var. Onu görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinə və (055) 323-47-55 telefon nömrəsinə məlumat vermələri xahiş olunur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh