Aeroport işi dayandırır - İşçiləri etiraza hazırlaşır

Gündəm 13 İyun 2018 10:50 Oxunub 989
Aeroport işi dayandırır - İşçiləri etiraza hazırlaşır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tətil vaxtı sərnişinlərə xidmət göstərilməyəcək

Helsinki aeroportunun işçiləri iyunun 15-də tətil keçirəcəklər. Trend-in məlumatına görə, Finlandiyanın iri hava limanı olan Helsinki-Vantaanın işçi heyətinin tətili cümə günü səhər saat 5-dən növbəti gün 05:00-dək davam edəcək. Tətil vaxtı sərnişinlərə xidmət göstərilməyəcək.

Buna səbəb kimi Həmkarlar İttifaqı (IAU) ilə menecment və əmlakın idarə edilməsi sahəsində fəaliyyət göstərən "Lassila & Tikanoja Oyj" şirkəti arasında kollektiv əmək müqaviləsinin bağlanması zamanı yaranan münaqişə göstərilir.

Qeyd edək ki, Helsinki-Vantaa 2017-ci ildə 19 milyon sərnişinə xidmət edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh