Dəmir yolu gücləndirilmiş iş rejiminə keçəcək - Ramazan bayramı günlərində

Gündəm 13 İyun 2018 10:51 Oxunub 851
Dəmir yolu gücləndirilmiş iş rejiminə keçəcək - Ramazan bayramı günlərində
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan həyata keçirilir

Ramazan bayramı günlərində (14-19 iyun) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh