Güclü sel piyada və avtomobil körpüsünü yararsız hala salıb - Qəbələdə

Gündəm 13 İyun 2018 11:01 Oxunub 827
Güclü sel piyada və avtomobil körpüsünü yararsız hala salıb - Qəbələdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11 iyun 2018-ci il tarixində Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları nəticəsində Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb. Avtosfer.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının  şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb. ​

ŞƏRH YAZ
Ad

E-mail

Şərh