Ramil Usubovdan ƏMR: Naryadların sayı artırılacaq

Yol polisi 13 İyun 2018 12:02 Oxunub 1588
Ramil Usubovdan ƏMR: Naryadların sayı artırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramazan bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis iyun 15-dən 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin ediləcək. Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

 

Emin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh