Sumqayıtda çörəyi belə natəmizlikdə daşıdılar - FOTO
Gündəm 13 Iyun 2018 12:17 269 dəfə oxunub
Sumqayıtda çörəyi belə natəmizlikdə daşıdılar - FOTO
Sahibkarların fəaliyyəti ətraflı yoxlanılacaq

Bu foto səhər saatlarında Sumqayıt avtovağzalının yanında çəkilib. Qaynar-qaynar alıb evə apardığımız çörək adlı neməti bir sıra sexlər belə daşıyıb bizə yedirdirlər. Sürücünün sağında yerləşən oturacağın üstünə, ayaqaltına yığılaraq, daşınan bu çörəklər vərəm kimi bir çox yolxucu xəstəliklərin mənbəyi ola bilər. Hələ üstəgəl, onu bişirənin, daşıyanın, satanın sağlamlığı haqda heç bir məlumatımız yoxdur”.

Modern.az xəbər verir ki, bu məlumatı sosial şəbəkədə jurnalist Nicat Nəsirli paylaşıb. Jurnalist bildirib ki, bu işdə  ictimai etirazın, qınağın olması çox vacibdir. “Qablaşdırılmamış çörəkdən istifadəni azaltmaq, gigiyenik baxımdan qorunan çörəklərdən istifadəyə etmək lazımdır. Qoy vətəndaşına hörmət edən sahibkar daha çox qazansın!”.

Məsələyə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev də münasibət bildirib. O, deyib: “Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində təhlükəsziliyin təmin olunmasının vacib olduğunu bildirir. İnşallah iyulun 1-dən etibarən bu sahədə fəaliyyət göstərən hətta daşınma, qablaşdırma, tədarük və satışı ilə bağlı da sahibkarların qeydiyyatını həyata keçirərkən bütün məsələlər nəzərə alınacaq və sahibkarların fəaliyyəti ətraflı yoxlanılacaq. Vətəndaşların istifadəsinə veriləcək mobil proqram da bu cür nöqsanları, problemlərin qeydə alınması və ətraflı yoxlanılmasına kömək edəcək”. 

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh