Avtomobil qaçıran şəxsin digər cinayəti də üzə çıxdı

Qaydalar 13 İyun 2018 12:42 Oxunub 1781
Avtomobil qaçıran şəxsin digər cinayəti də üzə çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki faktla bağlı cinayət işi başlanılıb

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Ələkbərov iyunun 10-na keçən gecə yaşadığı evin qarşısından “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib. Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qeyd edilən avtomobilin Kürdəmir rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilib və görülmüş tədbirlərlə həmin nəqliyyat vasitəsi rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.  Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Göyçay rayon sakini Rüfət Mehdiyev olduğu məlum olub. 29-cu Polis Şöbəsində aparılan araşdırmalarla R.Mehdiyevin digər cinayətinin də üstü açılıb. Onun iyunun 2-də Yasamal rayonu ərazisində T.Əsgərovanın evindən 1500 manat pul oğurladığı da müəyyən edilib. 

Hər iki faktla bağlı cinayət işi başlanılıb. 

 

Natiq Cavadov, 

DİN Mətbuat Xidmətinin əməkdaşı

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh