Dəmir yolu ilə gətirilən mallar gömrükdən ləngimədən keçəcək - Gürcüstan və İrandan

Gündəm 13 İyun 2018 14:10 Oxunub 724
Dəmir yolu ilə gətirilən mallar gömrükdən ləngimədən keçəcək - Gürcüstan və İrandan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hələ ki, dəqiq vaxtı məlum deyil. Amma skanerlərin yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur”

"Gürcüstan və İran istiqamətlərində olan dəmir yollarında skanerlərin quraşdırılması üzrə işlər yekunlaşmaq üzrədir". Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov deyib. O, tezliklə adı çəkilən ölkələrdən dəmir yolu ilə Azərbaycana gətirilən malların sürətli yoxlanılmasının mümkün olacağını vurğulayıb: "Hələ ki, dəqiq vaxtı məlum deyil. Amma skanerlərin yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Bu, qatarların hərəkətini dayandırmadan malların sürətli yoxlanılmasına imkan verəcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh