DİN Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqda məlumat yayıb

Gündəm 13 İyun 2018 16:06 Oxunub 703
DİN Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqda məlumat yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi iyunun 12-də Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqda məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, iyunun 12-də saat 06 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşüb. Nəticədə Z. Şahmuradov və sərnişinləri - Şəmkir rayon sakinləri Gülnar İsmayılova və azyaşlı Mustafa İsmayılov hadisə yerində ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh