Mingəçevirdə yol qəzası olub, yaralananlar var
Qəzalar 13 Iyun 2018 16:09 197 dəfə oxunub
Mingəçevirdə yol qəzası olub, yaralananlar var
Faktla bağlı araşdırma aparılır

Mingəçevir şəhərində idarəetmədən çıxan avtomobil divara çırpılıb. ”Report”un Şirvan bürosu xəbərverir ki, “Hunday” markalı yolun kənarındakı divara çırpılaraq ağır deformasiyaya uğrayıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan iki qadın sərnişin -  Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Elmira İxtiyar qızı Məmmədova və Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü İlahə Elburus qızı Əmiraslanova  ağır bədəın xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, xəsarət alan qadınılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobilin sürcüsünə hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Briqadasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh