Müşfiqabadda ağır qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib
Qəzalar 13 Iyun 2018 16:08 202 dəfə oxunub
Müşfiqabadda ağır qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

DİN ötən gün Müşfiqabadda baş verən ağır qəza ilə bağlı məlumat yayıb. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Şahmuradov, sərnişinləri, Şəmkir rayon sakinləri Gülnar İsmayılova və azyaşlı Mustafa İsmayılov hadisə yerində ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh