43 yaşlı qadını avtomobil vurub - Tovuzda
Qəzalar 13 Iyun 2018 16:14 207 dəfə oxunub
43 yaşlı qadını avtomobil vurub - Tovuzda
Faktla bağlı araşdırma aparılır

Tovuzda piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. “Opel” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 1975-ci il təvəllüdlü Mustafayeva Svetlana Tofiq qızını vurub. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh