Ağcabədidə 18 km uzunluğu olan yol yenidən qurulur - FOTO + VİDEO
Yeniliklər 13 Iyun 2018 19:31 702 dəfə oxunub
Ağcabədidə 18 km uzunluğu olan yol yenidən qurulur - FOTO + VİDEO
Layihəyə uyğun olaraq yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib

Prezident İlham Əliyev rəhbərliyi ilə icra olunan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarnda sosial-infrastruktur layihələr arasında yol infrastrukturunun yenidən qurulması önəmli yer tutur. Bu çərçivədə respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib və keçirilməkdə davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, yerli əhəmiyyətli yolların yenidən qurulması layihələri çərçivəsində Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Uzunluğu 18 km olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 3 yaşayış məntəqəsində yaşayan 8  min əhalinin sevincinə səbəb olub.

Layihəyə uyğun olaraq yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu işlər çərçivəsində əraziyə lazımi miqdarda xüsusi çınqıl materialı, həmçinin optimal-qırmadaş qarışığı daşınmaqla yol yatağının genişləndirilməsi ilə tikintisi, texnoloji ardıcıllığa uyğun olaraq isə yol əsasının salınması işləri aparılıb.

Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 36 ədəd müxtəlif diametrli dəmir-beton boruların tikintisi və 1 nöqtədə zəruri olan 16 metr uzunluğunda suötürücü keçidin inşası işləri də aparılıb.

Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə yolun 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kv.m sahəyə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yol boyu iri dənəli asfalt-beton qarışığından alt layının tikintisi işləri artıq tam olaraq yekunlaşdırılıb. Hazırda xırda dənəli asfalt-beton qarışığından yolun üst layının tikintisi işləri aparılır.

Bunun ardınca hərəkətin normal təşkili üçün yol boyu zəruri yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəklərinin quraşdırılması və xətlənməsi ilə yaxın müddət ərzində müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub.

Bir sözlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yollarına rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.

 

Namiq

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh