Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib – FOTO

Gündəm 13 İyun 2018 16:51 Oxunub 2085
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Loqo hərəkətlilik və dinamikanı özündə əks etdirir

Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib. DANX-ın İctimaiyyətlə Əlaqələr sektorundan Avtosfer.az-a verilən məlumata görə, loqo emblem və tipoqrafik hissədən ibarət olmaqla hərəkətlilik və dinamikanı özündə əks etdirir. Emblem hissədə  həndəsi fiqur olan dairələr simmetrik qarşılaşdırılaraq avtomobil faralarında işıq diodlarını xatırladır.  Digər tərəfdən emblem vahid mərkəzdən idarəetməni, tamlığı, birliyi ifadə edir. Həmçinin emblemdə dövlət bayrağının rənglərindən istifadə olunub. Abreviatura və onun açılışı formasında ifadə olunan tipoqrafik hissə emblemlə tamlıq təşkil edir. Dairə elementlərinin məsafəli şəkildə təsviri isə qurumun iş prinsiplərində dəqiqlik, hərtərəflilik, çeviklik, pozitivlik, nəqliyyat sistemində norma yaratma prinsiplərini göstərir.

Təqdimat zamanı loqotipin istifadəsinə dair qayda və tələblər haqqında da geniş məlumat verilib. Əlavə olaraq bildirilib ki, tərtibat işlərində mavi, yaşıl, qırmızı və bənövşəyi rənglərdən istifadə oluna bilər.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh