Qayda pozan yol polisinə cərimə yazıldı: 4 bal 100 manat - VIDEO

Avtosfer TV 17 İyun 2018 10:04 Oxunub 3588
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşın şikayətindən sonra videoi araşdırılıb və təsdiqini tapıb

Avtosfer.az-ın daimi oxucusu Kənan Məmmədov mayın 14-də Bakı-Ələt yolunun 15-ci kilometrində yol hərəkəti qaydasını pozaraq əks istiqamətdə hərəkət edən sürücünün görüntülərini qeydə alıb. Qaydanı pozan 90-VV-103 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü polis əməkdaşıdır. Görüntüləri qeydə alan sürücü polis əməkdaşından nəyə görə əks istiqamətdə hərəkət etdiyini soruşarkən, həmin polis əməkdaşı kobudluq edərək, "A kişi yeri get, düz eləyirəm,tədbirdir. Maşınını sür a kişi"- deyərək yoluna davam edib.

Oxucumuz Kənan Məmmədov həmin polis əməkdaşının qayda pozuntusundan Daxili İşlər Nazirliyinə müraciət edib. Müraciət Baş Dövlət Yol Polisi idarəsində araşdırılıb, qayda pozuntusu sübuta yetirildiyi üçün həmin polis əməkdaşı 4 bal 100 manat məbləğində cərimə edilib.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh