DYP-dən xəbərdarlıq - "Son zəng" günü uşaqlara maşın verməyin

Gündəm 13 İyun 2018 17:31 Oxunub 3587
DYP-dən xəbərdarlıq - "Son zəng" günü uşaqlara maşın verməyin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP valideynləri bu hala diqqətli olmağa çağırıb

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Şöbənin rəisi, polkovnik-leytenant Bayram Zeynalov Avtosfer.az-a bildirib ki, iyunun 14-ü Sumqayıt şəhəri ərazisində "Son zəng" qeyd olunacaq. Bununla əlaqədar artıq Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi əsasında şəhər ərazisində post patrul və yol patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin DYP sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq edir ki, şəhər ərazisində sürət həddi və ara məsafəsinə diqqət yetirsinlər, məktəb ərazilərində son dərəcə diqqətli olsunlar. Eyni zamanda yol polisi sürücülərdən xahiş edir ki, avtomobili azyaşlı uşaqlara verməsin və onları nəzarətsiz buraxmasınlar. Çünki əvvəlki illərin təcrübəsi göstərir ki, sürücülük hüququ olmayan 11-ci sinif məzunları və digər aşağı sinif şagirdləri valideynlərinin yaxud yaxın qohumlarının avtomobili ilə yol nəqliyyat hadisəsi törədir yaxud digər xoşagəlməz hallar baş verir. DYP valideynləri bu hala diqqətli olmağa çağırıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh