Mingəçevirdə avtomobil ana və 3 uşağını vurub
Qəzalar 13 Iyun 2018 21:02 217 dəfə oxunub
Mingəçevirdə avtomobil ana və 3 uşağını vurub
Yaralılar xəstəxanaya yerləşdirilib

Mingəçevirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən körpüsü üzərində baş verib. "VAZ-2101" markalı avtomobil ananı və 3 azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. Yaralılar hadisəni törədən sürücü və digər şəxslər tərəfindən xəstəxanaya yerləşdirilib.

***

Minğəçevirdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub. Onlar Mingəçevir şəhər sakinləri: - 2013-cü il təvəllüdlü Orucov Elmin Elməddin oğlu, 2010-cu il təvəllüdlü Orucova Yağmur Elməddin qızı, 2008-ci il təvəllüdlü Orucova Duyğu Elməddin qızı və Orucova İbadətdir. Yaralılardan İ. Orucovanın vəziyyəti ağırdır. İlkin məlumata görə, hadisə sakinlərin körpünün piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən zaman baş verib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh