Boya sexində baş verən yanğın söndürülüb

Gündəm 13 İyun 2018 21:33 Oxunub 728
Boya sexində baş verən yanğın söndürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Bakının Binəqədi rayonunda baş verib

Bakıda boya sexində baş vermiş yanğın söndürülüb. Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakının Binəqədi rayonunda baş verib. Belə ki, ümumi sahəsi 1700 m² olan boya istehsalı sexinin ərazisinə yığılmış 174 ədəd (hər birinin həcmi 200 litr) olan boya çəlləklərinin 104 ədədi, sexin tavanına vurulmuş şüşə-pambıq üzlüyü 750 m², 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağın yanar konstruksiyaları və içərisinə yığılmış 2 ədəd (həcmi 3 m³) alkid və 1 ədəd (həcmi 5 m³) olan sintetik tiner məhlulu çəlləkləri, 2 ədəd dəzgah və 3 ədəd avtokarın təkərləri yanıb.

 

Sexin qalan hissəsi və digər çəlləklər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh