Xalq artistini maşın vurub: dəhşətli qəzanın təfərrüatı - VİDEO

Avtosfer TV 14 İyun 2018 01:40 Oxunub 2303
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Çox ağır qəzada ölümdən döndüm"

Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova ölümdən dönüb. Aktrisa ağır qəza keçirib, onu maşın vurub. F.Mahmudova bu barədə ARB-nin "Səhər-səhər” verilişində qonaq olarkən deyib: "Çox ağır qəzada ölümdən döndüm. Allah mənə kömək oldu”.

Verilişin aparıcısı Elgiz də aktrisanın qəzadan sonrakı görkəmi barədə danışıb: "10 gün əvvəl bir məclisdəydim. Fatma xanım gəldi, ay Allah nə gündəydi, dəli oldum. Dedim bu qadına nə olub görəsən? Ağır qəza keçirmişdi, sürünə-sürünə də olsa, məclisə gəldi. Nə olmuşdu, maşın vurmuşdu sizi”.

Aktrisa bu barədə danışmaq istəmədiyini bildirib: "Danışmaq istəmirəm, guya danışanda nə olacaq ki? Əsas Allahdır. Yetimə gəl-gəl deyən çox olar, çörək verən az. Bu yaxınlarda ağır əməliyyat olundum, başıma bu iş gəldi. Mən belə şeylərlə reklam olunmaq istəmirəm”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh