Zaqatalada beş gün əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb

Gündəm 14 İyun 2018 10:51 Oxunub 650
Zaqatalada beş gün əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Zaqatalada beş gün əvvəl minik maşınının vurduğu piyada xəstəxanada ölüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Car kənd sakini, 1978-ci il təvəllüdlü Həvva Əhməd qızı Kusayeva ötən gün Zaqatala Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. Qeyd edək ki, iyunun 9-u səhər saatlarında Həvva Kusayeva Zaqatala şəhəri H. Əliyev prospektində yolu keçmək istəyən zaman Zaqatala rayon sakini Murad Mustafayevin idarə etdiyi “VAZ-2106” markalı, 10-DX-446 dövlət nömrə nişanlı minik avtomobili ilə vurulub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh