Şagirdlər arasında dava: bıçaqlanan var - Qobustanda

Gündəm 14 İyun 2018 11:10 Oxunub 594
Şagirdlər arasında dava: bıçaqlanan var - Qobustanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh