Dünyanın ən böyük kağız təyyarəsi buraxıldı - VİDEO

Avtosfer TV 14 İyun 2018 18:19 Oxunub 1830
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Təyyarə"nin buraxılışı Rekordlar kitabının nümayəndələrinin iştirakı ilə Fiçburq hava limanında həyata keçirilib

ABŞ-ın Massaçusets Muzeyinin əməkdaşları dünyada ən böyük kağız təyyarə hazırlayıblar. Trend-in məlumatına görə, onlar Ginnesin rekorduna düşmək üçün 19,5 metr uzunluğu olan "təyyarə"ni havaya qaldırıblar. "Təyyarə"nin buraxılışı Rekordlar kitabının nümayəndələrinin iştirakı ilə Fiçburq hava limanında həyata keçirilib. Nəhəng kağız (təqribən 680 kq) kranın köməyi ilə qaldırılıb. Layihənin rəhbəri, yerli rəssam Cerri Bek bildirib ki, onun və komandasının dünyada indiyədək heç kimin etmədiyi şeyləri etmək xoşuna gəlir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh