Hava limanının informasiya sisteminə növbəti hücum

Gündəm 14 İyun 2018 13:17 Oxunub 573
Hava limanının informasiya sisteminə növbəti hücum
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Biz ümumxalq etiraz tətilinə çağırırıq. Bu rejim insanları yaxşı yaşamaq hüququndan daha nə qədər məhrum edəcək?”

Naməlum hakerlər İran hava limanının informasiya sisteminə növbəti dəfə hücum ediblər. “Report” İsrail KİV-inə istinadən xəbər verir ki, hava limanının elektron informasiya lövhəsində aviaresylər barədə məlumat yerinə hakimiyyətin ittiham olunduğu və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkə xaricindəki qolunun fəaliyyətinə qarşı etraz yazısı görünüb.

Bu, İranın hava limanlarında ötən iki həftə ərzində baş vermiş üçüncü hadisədir. İlk hadisə mayın 25-də Məşhədin hava limanında qeydə alınıb.

"SEPAH-ın Qəzza zolağı, Livan və Suriyada baş verənlər müdaxilə etməsi üçün iranlıların həyatını və maliyyə ehtiyatlarını xərclədiyiniz yetər”, - hava limanının monitorunda yazılıb.

İkinci hadisə isə Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin hava limanında baş verib. Orada ekranda “Tapandeqan”(tərcüməsi “Çırpınan ürək” mənasını verir - “Report”) adlı naməlum qrupun müraciəti görünüb. Onlar Məşhəd hava limanının elektron sisteminin sındırılmasının məsuliyyətini daşıdıqlarını bildiriblər.

Üçüncü hadisədə isə naməlum hakerlər bildirib: “Biz ümumxalq etiraz tətilinə çağırırıq. Bu rejim insanları yaxşı yaşamaq hüququndan daha nə qədər məhrum edəcək? Bizim səsimizi batırmaq mümkün deyil. Biz belə aksiyaları davam etdirəcəyik. Siz ekrandakının fotosunu çəkib sosial şəbəkədə paylaşmaqla bizi dəstəkləyə bilərsiniz”.

Hazırda İranın müvafiq qurumları kompüter sisteminin sındırılmasının məsuliyyətini daşıyanları axtarır. Onlar monitorda yazıların görünməsinin də qarısını ala bilmirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh