Yük maşınlarının marşrutundan çıxması ilə bağlı 1 000-dən artıq halın qarşısı alınıb

Gündəm 14 İyun 2018 13:22 Oxunub 716
Yük maşınlarının marşrutundan çıxması ilə bağlı 1 000-dən artıq halın qarşısı alınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu pozuntuya yol verən fiziki şəxlər 50 manat, hüquqi şəxslər isə 100 manat cərimələnir

Bu ilin yanvar-may aylarında Azərbaycanda yük maşınlarının marşrutundan çıxması ilə bağlı 1 026 halın qarşısı alınıb. "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəis müavini Razim Zamanov "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarın II günündəki çıxışında deyib. O, bildirib ki, marşrutdan çıxma faktları ilə bağlı 33 halda İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq olunub. Qeyd edək ki, bu pozuntuya yol verən fiziki şəxlər 50 manat, hüquqi şəxslər isə 100 manat cərimələnir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh