Torpaq sürüşməsi baş verdi: 4 ölü, 8 nəfər torpaq altında itdi

Gündəm 14 İyun 2018 16:23 Oxunub 1288
Torpaq sürüşməsi baş verdi: 4 ölü, 8 nəfər torpaq altında itdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda təbii fəlakət baş verən ərazidə xilasedicilər işləyir

Hindistanda torpaq sürüşməsi baş verib. Trend-in məlumatına görə, ölkənin cənubundakı Kerala ştatındakı sürüşmə nəticəsində azı 4 nəfərin öldüyü bildirilir. Daha 8 nəfərin isə torpaq altında qalaraq itkin düşdüyü deyilir. Torpaq sürüşməsinə isə bir neçə gündür aramsız yağan yağışlar səbəb olub. Sürüşmə ərazisində 5 yaşayış evi tamamilə dağılıb.

Hazırda təbii fəlakət baş verən ərazidə xilasedicilər işləyir. İtkin düşmüş şəxslərin axtarışı aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh