Yol polisindən Ramazan təbriki və XƏBƏRDARLIQ

Gündəm 14 İyun 2018 20:06 Oxunub 1074
Yol polisindən Ramazan təbriki və XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Sürücülər sürət həddinə və ara məsafəsinə diqqət etsinlər"

"Ramazan ayı münasibətilə xalqımızı təbrik edir və bildiririk ki, yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərə bitişik küçə və yollarda tərəfimizdən nəzarət gücləndiriləcək, eyni zamanda xidmət davam etdiriləcək."

Bunu Avtosfer.az -a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik Vaqif Əsədov deyib.

" Təhlükəsiz təmin etmək, yol nəqliyyat hadisələrinin sayını aşağı endirmək məqsədilə sürücülərə müraciət edirik ki, bölgələr istiqamətində və ya istirahət mərkəzlərinə dogru, xüsusilə uzun səfərlərə çıxdıqda xüsusilə diqqəti olmalı, texniki cəhətdən saz olan avtomobillərə üstünlük verilməlidir.

Təbii ki, sürücülər  özünün və başqa hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə tövsiyə edirik ki, yol boyu idarəetmədə  diqqətin yayınması ilə əlaqəli hərəkətlər etməməli, özünün və yanında əyləşən sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsini təmin etməli, yol nişanlarının tələblərinə riayət etməlidir."

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh