Bakıda məzunların olduğu 7 maşın polis tərəfindən saxlanılıb

Avtoxəbər 14 İyun 2018 23:41 Oxunub 4011
Bakıda məzunların olduğu 7 maşın polis tərəfindən saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Elə hərəkət edirdilər ki, sanki bu yol bir rəqs meydançasıdır”

“Bu gün Bakıda bir neçə ərazidə məzunların avtomobillərdə sərnişindaşıma qaydalarını pozmaqla hərəkətinin şahidi olmuşuq”. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, məzunların avtomobillərinin şüşələrini endirib, musiqiyə yüksək səs verməklə hərəkət etmələrinin qarşısı vaxtında alınıb: “Mən özüm də bu prosesdə iştirak etmişəm. Məzunlar 6-7 nəfər bir avtomobilə minib və avtomobili məzun yazılan bayraqla bəzəyərək, musiqiyə yüksək səs verərək hərəkət ediblər. Elə hərəkət edirdilər ki, sanki bu yol bir rəqs meydançasıdır”.

Bölmə rəisi bildirib ki, yeddiyə qədər bu cür avtomobil yol polisi tərəfindən saxlanılıb və lazımi tədbirlər görülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh