Avtomobil Yollarının Mühafizə Xidmətinin yeni binası istifadəyə verilib - FOTO

Gündəm 14 İyun 2018 23:50 Oxunub 1664
Avtomobil Yollarının Mühafizə Xidmətinin yeni binası istifadəyə verilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saleh Məmmədov: "Paytaxtın avtomobil yolları beynəlxalq tələblər səviyyəsində yenidən qurulub"

15 iyun – Milli Qurtuluş günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin yeni inzibati binası inşa edilərək istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, binanın istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət  Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyətinin üzvləri və digər rəhbər şəxslər iştirak ediblər. Mərasimdə çıxış edən İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, dövlət başçısının tapşırıqlarına əsasən son illər ölkənin, eləcə də paytaxtın avtomobil yolları beynəlxalq tələblər səviyyəsində yenidən qurulub. Həmin yolların mühafizəsini həyata keçirən əməkdaşların normal fəaliyyəti üçün belə bir izibati binaya ehtiyac duyulurdu. İnzibati bina ilə tanışlıq zamanı bildirildi ki, bu ərazidə genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb. Yeni tikili inzibati bina, akt zalı və yeməkxanadan ibarət olmaqla ümumi sahəsi 700 kv.m-dir.

Burada işçilərin normal fəaliyyətinin təmin olunması üçün hər bir şərait yaradılıb, lazımi avadanlıqlar quraşdırılıb. Bina istimə-soyutma və yanğından mühafizə sistemləri ilə təchiz edilib. İnşaat işləri zamanı keyfiyyətli tikinti materiallarından istifadə olunub. Binada müasir videomüşahidə və kompyuter sistemləri quraşdırılıb, rabitə sistemi qurulub.

İnzibati binada ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin dövlətimizin başçısının Azərbaycanda yol infrastrukturunun inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolar da var. Ərazidə yaşıllıq-abadlaşdırma işləri aparılıb və meydançalara asfalt-beton örtük çəkilib, avtonəqliyyat vasitələrinin üçün 25 parklanma yeri tikilib. Bina fasiləsiz internet, elektrik enerjisi və su ilə təmin olunur.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin yeni inzibati binasının tikintisinə cari ilin fevral ayında başlanılmışdı.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh