Bakıda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb

Gündəm 15 İyun 2018 09:10 Oxunub 664
Bakıda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, Günəşli qəsəbəsində magistral yolun kənarında yaralı vəziyyətdə tapılıb

Bakının Suraxanı rayonunda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb.

“Report” xəbər verir ki, 1977-ci il təvəllüdlü Əliyev Teymur Əli oğlu Günəşli qəsəbəsində magistral yolun kənarında yaralı vəziyyətdə tapılıb.

O, "təcili yardım" vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat edib. Məlum olub ki, T.Əliyevə iki bıçaq zərbəsi vurulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh