Polis rəisi qətlə yetirildi

Gündəm 15 İyun 2018 11:44 Oxunub 1974
Polis rəisi qətlə yetirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qətli törədən şəxs artıq saxlanılıb

 

Gürcüstanın Acarıstan bölgəsində polis əməkdaşı qətlə yetirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ötən gecə baş vermiş insident zamanı qətlə yetirilən şəxs Kobuleti rayonunun Muxaestate kəndinin polis departamentinin rəisi Buta Antadzedir. O, soyuq silahla öldürülüb. Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. Qətli törədən şəxs artıq saxlanılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh