Bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb - Qubada

Gündəm 15 İyun 2018 11:47 Oxunub 857
Bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb - Qubada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır

Quba rayonunda bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb. "Report"un Şimal bürosunun məlumatına görə, rayonun Zərdabi qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Dadaşov Eldəniz Arzuman oğlu iyunun 11-də bıçaqlanıb. O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.  Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib.  Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh