Məhbus polis maşınında öldü – VİDEO

Gündəm 15 İyun 2018 11:50 Oxunub 1204
Məhbus polis maşınında öldü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşları ona ilkin yardım göstərməyə çalışsalar da, onu həyata qaytara bilməyiblər

ABŞ-ın Sakramento şəhərində şərti azadlığa çıxma şərtlərini pozmuş 30 yaşlı qaradərili məhbus həbsxanaya aparılarkən polis maşınında ölüb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yayılan görüntü polis əməkdaşının uniformasında olan müşahidə kamerası ilə qeydə alınıb. Polis şöbəsində şərti azadlıqda olan məhbus polis tərəfindən qandallanır və etirazlarına baxmayaraq polis furqonuna mindirilir.  Kadrlardan onun halının pisləşdiyini və titrədiyini görmək olur. Həbsxanaya çata-çatda məhbusun ürəyi partlayıb və ölüb. Bunun fərqinə varan polis əməkdaşları ona ilkin yardım göstərməyə çalışsalar da, onu həyata qaytara bilməyiblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh