DİN 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Gündəm 15 İyun 2018 18:16 Oxunub 604
DİN 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayonunda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələn yol qəzası barədə məlumat yayıb. Nazirlikdən Avtosfer.az-a bildirilib ki, hadisə İsmayıllı rayonunun Eyyubbəyli kəndi ərazisində baş verib. Belə ki, iyunun 14-də saat 22 radələrində rayonun Eyyubbəyli kəndi ərazisində Göyçay rayon sakini Çingiz Eminov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində olan 2 baş inəyi vurub və yolun kənarındakı maneəyə dəyərək aşıb. Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Bəyim Abışova və Bakı şəhər sakini Sona Məmmədi hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh