Azərbaycanlıların yaşadığı rayona iki təcili yardım maşını hədiyyə edilib - FOTO

Gündəm 15 İyun 2018 18:18 Oxunub 878
Azərbaycanlıların yaşadığı rayona iki təcili yardım maşını hədiyyə edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
F.Muradov yerli sakinlərlə də görüşüb, onların qayğıları ilə maraqlanıb

Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib. Qeyd edək ki, avtomobil bütün lazımi, müasir texniki avadanlıqla təmin olunub. Avtomobil reanimasiya xidmətlərini də yerinə yetirməyə qadirdir. Bolnisi rayon rəhbərliyi, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndəliyi hədiyyəyə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna minnətdarlıq ediblər. F.Muradov yerli sakinlərlə də görüşüb, onların qayğıları ilə maraqlanıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh