Aprel döyüşlərində əlil olmuş hərbçiyə avtomobil hədiyyə edilib - FOTO

Avtosfer Foto 15 İyun 2018 19:54 Oxunub 2138
Aprel döyüşlərində əlil olmuş hərbçiyə avtomobil hədiyyə edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bayor Asif Novruz oğlu Rəsulova "Azərmaş" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən minik avtomobili hədiyyə edilib.

2016-cı ilin aprel ayında Ermənistanın silahlı təxribatının qarşısının alınmasında iştirak edən və bu döyüşlərdə yaralanaraq əlil olmuş hərbçi - mayor Asif Novruz oğlu Rəsulova "Azərmaş" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən minik avtomobili hədiyyə edilib.

 

Mayor Asif Rəsulov aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" üçüncü dərəcəli medalla təltif olunub.

 

 

Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, Asif Rəsulov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərin iştirakçılarına, bu döyüşlərdə yaralanmış insanlara, habelə həlak olmuş Vətən övladlarının ailələrinə Azərbaycan Prezidenti tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, 15 İyun - Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə ona belə bir sevinc hissinin bəxş olunmasına, minik avtomobili ilə təmin edilməsinə görə "Azərmaş" ASC-yə təşəkkürünü bildirib.

 

Tədbir zamanı vurğulanıb ki, aprel döyüşləri ordumuzun dünyanın güclü ordularından birinə çevrildiyini və ölkəmizin işğal altında olan ərazilərini qısa müddət ərzində işğaldan tam azad etməyə qadir olduğunu təsdiqləyib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Prezident İlham Əliyevin korporativ sosial məsuliyyət təşəbbüsünə uyğun olan belə tədbirlərin nazirlik tərəfindən rəğbətlə qarşılandığını və dəstəkləndiyini, eyni zamanda, cəmiyyətimizdə sosial məsuliyyət çərçivəsində nəcib tədbirlərin genişlənməsi üçün yaxşı bir nümunə olduğunu vurğulayıblar.

 

"Azərmaş" ASC-nin səhmdarı olduğu "Xəzər" avtomobil zavodunda istehsal olunmuş "Xəzər" markalı minik avtomobili "Azərmaş" ASC-nin idarə heyəti sədrinin birinci müavini Zaur Hacıyev tərəfindən hərbçiyə təqdim edilib. Z.Hacıyev sosial məsuliyyət əsaslı layihələri gələcəkdə də davam etdirmək niyyətində olduqlarını deyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh