Qeyri-adi hadisə: Toyuq xoruz kimi banlayır - VİDEO

Maraqlı 15 İyun 2018 23:47 Oxunub 6923
Qeyri-adi hadisə: Toyuq xoruz kimi banlayır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
El arasında mövcud olan deyimlərə görə, bu hadisə xeyrə yozulmur. Elə yaşlı sakinlərin də fikri bu yöndədir.

Xoruzun banlaması səhərin açılması kimi hesab olunur. Bəs görəsən toyuğun banlaması nəyin əlamətidir? Belə bir qeyri-adi hadisə Gəncədə yaşanıb. Bəzi bölgələrdə toyuğun banlaması xeyirə əlamət sayılmır. Hətta banlayan toyuğun başını kəsirlər. Ətini beləyemirlər. Bəs folklorşünaslar bu barədə nə deyir?

 

Toyuq xoruz kimi banlayır.

 

Qeyri-adi hadisə Gəncədə baş verib. 15 yaşlı yeniyetmə Rəşad Quliyevin saxladığı cins toyuq əvvəlcə yumurtlayıb və kürt yatıb. Sonra isə qəfildən banlamağa başlayıb. Rəşad bu hadisəni çox maraqla qarşılayıb və videosunu çəkib. Ancaq səbəbinin nə olduğunu bilmir. Elə dostları da toyuğun banlamasını heyrətlə qarşılayır.

 

El arasında mövcud olan deyimlərə görə, bu hadisə xeyrə yozulmur. Elə yaşlı sakinlərin də fikri bu yöndədir.

 

Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil isə "Xəzər Xəbər"ə bildirdi ki, qədimdən bəri hər zaman xoruz müsbət imic, gecə isə şər qüvvə kimi simvolizə edilib.

 

Xoruzun səhər tezdən banlaması da şər qüvvələrin öz yerini xeyirə verməsi kimi qəbul olunub.Xoruzun gündüz banlaması eləcə də toyuğun banlamasını isə xalq şər qüvvələrin çağrılması, eləcə də həmin quşların şər qüvvənin təsiri altına düşməsi kimi dəyərləndirib. Bu səbəbdən də banlayan toyuğun başını kəsərək gəlməkdə olan şər qüvvələrin qarşısını aldıqlarını düşünürlər-deyə folklor institununun şöbə müdiri bilidirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh