Bayram günü yol qəzalarında – 1 ölü, 4 yaralı

Gündəm 16 İyun 2018 16:08 Oxunub 665
Bayram günü yol qəzalarında – 1 ölü, 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Bayram günü Azərbaycanın daxili işlər orqanları tərəfindən 91 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. İyunun 15-də ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh