İcra nümayəndələrinə "çest" verirlər, deputatları saymırlar

Yazarlar 16 İyun 2018 16:18 Oxunub 2584
İcra nümayəndələrinə "çest" verirlər, deputatları saymırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yol polisi “Deputatın statusu haqqında” qanunda nəzərdə tutulan halları yerinə yetirməlidir”

Deputatlardan qat-qat aşağı səlahiyyətli nümayəndələr var ki, məsələn, elə icra hakimiyyətlərinin nümayəndələri, yol polisinin qarşısından 100-lə də keçsə, ona “çest” verirlər. Ancaq deputatın avtomobilini cərimə meydançasına aparmaqdan ehtiyat etmirlər. Avtosfer.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Kərimli Dövlət Yol Polisi əməkdaşlarının deputatlarla olan münasibəti barədə Modern.az saytına verdiyi geniş açıqlamasında bildirib. Millət vəkilinin sözlərinə görə, yol polisi əməkdaşları bilməlidir ki, deputatın avtomobili dayanacağa aparıla, özü və ailəsi, ona məxsus əşyaları, maşını axtarışa məruz qala bilməz: "Yol polisi “Deputatın statusu haqqında” qanunda nəzərdə tutulan halları yerinə yetirməlidir. Adətən yol polisi əməkdaşları Konstitusiya və “Deputat statusu haqqında” qanunla maraqlanmırlar. Onlar əsasən, İnzibati Xətalar Məcəlləsinə istinad edirlər. Ola bilər ki, deputat pisdir. Amma söhbət ondan gedir ki, deputat müəyyən seçiciləri təmsil edir. Onun aşağılanması statusuna və nüfuzuna zərər vurur. Deputatdan qat-qat aşağı səlahiyyətli nümayəndələr var ki, məsələn, icra hakimiyyətlərinin nümayəndələri yol polisin qarşısından 100-lə də keçsə, ona “çest” verirlər. Halbuki, onların heç birinin toxunulmazlıq statusu yoxdur. Amma deputatın, hakimin belə bir statusu olsa da, hörmət göstərilmir".

Polis-deputat münasibətlərindən şikayətlənən T.Kərimli bildirib ki, bəziləri deputatı sanki bilərəkdən aşağılayır: "Mən ancaq Milli Məclisə və ya dövlət tədbirlərinə gedən zaman avtomobildən istifadə edirəm. Düşüb aşağıda gözləyirəm ki, maşına oturmağa 1 saniyə gecikməyim, yoxsa yol polisi maşının şəklini çəkəcək və ya etiraz edəcək. Deputat bu qədər zəifdir?".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh