Minik maşını yük avtomobili ilə toqquşub - Daşkəsəndə

Qəzalar 16 İyun 2018 16:24 Oxunub 564
Minik maşını yük avtomobili ilə toqquşub - Daşkəsəndə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Daşkəsən rayonunda avtomobil qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "Shagman" markalı yük maşını ilə toqquşub. Nəticədə minik maşınında olan iki nəfər, Şəmkir rayon Seyfəli kənd sakinləri, 1994-cü il təvəllüdlü Məmişov Nürəddin Mətləb oğlu və 1979-cu il təvəllüdlü Eynulla Məhəmmədəli oğlu Hüseynov xəsarət alıb. Hər ikisinə həkimlər tərəfindən ambulator yardım göstərilib və evə buraxılıb. Qəzaya düşmüş minik maşınına isə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh