“Mercedes” mikroavtobusla toqquşdu

Avtoxəbər 16 İyun 2018 23:25 Oxunub 1098
“Mercedes” mikroavtobusla toqquşdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində 1 nəfər ölüb

İmişlidə 1 nəfərin ölümü və 1 bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza rayon ərazisindəki məcburi köçkün qəsəbəsində baş verib. 

 

Məlumata görə, “Mercedes” markalı minik avtomobili və mikroavtobusun toqquşması nəticəsində minik avtomobilinin sərnişini Cəbrayıl rayonundan məcburi köçkün, 1987-ci il təvəllüdlü Bəyməmmədov Xalid Məmmədbağı oğlu ölüb. Sürücü qəsəbə sakini 1948-ci il təvəllüdlü  Mehrəliyev İlyas Məhəmmədəli oğlu ağır xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. İ.Mehrəliyev əməliyyata götürülüb, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh