"Lökbatan dairəsində" biabırçılıq: taksilər hər gün yolu kəsir, saatlarla TIXAC - VIDEO

Avtosfer TV 17 İyun 2018 14:11 Oxunub 5389
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür qayda pozanların sayı artmaqda davam edir

Bakı-Ələt yolu üzərində yerləşən və "Lökbatan dairəsi" kimi tanınan yerdə hərəkət edən sürücülər hər gün tıxaca düşərək əziyyət çəkirlər. Avtosfer.az xəbər verir ki, tıxacın səbəbi ikinci və üçüncü cərgədə dayanan avtomobillərdir. Sürücülər bəzən dairənin mərkəzinə yaxın ən axırıncı zolaqları tutaraq hərəkəti iflic edirlər. Qeyd olunan ərazidə avtobus dayanacağıda var. Taksi sürücüləri həmin dayanacağı zəbt etdikləri üçün avtobuslar yolun ortasında sərnişin düşürüb-mindirərək yolu kəsirlər. Həmin hal həm Bakı istiqamətində, həm də Ələt istiqamətində baş verir. YPX əməkdaşları həmin ərazidə sürücüləri məsuliyyətə cəlb etmədikləri üçün bu cür qayda pozanların sayı artmaqda davam edir. 

Avtosfer.az adından DYP idarəsinə müraciət edərək həmin əraziyə polis naryadlarının ayrılmasını və ciddi nəzarət olunmasını xahiş edirik.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh