Yol verin "Qudam" gəlir - 2: "protiv çıxan "Tofaş" - VIDEO

Avtosfer TV 17 İyun 2018 11:30 Oxunub 3042
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər sürücü ona etirazını bildirir

Əks yola çıxaraq digər sürücülərin qarşısını kəsən və "naqlı" yol istəyən "hozu"lar az deyil. Özlərini xüsusi imtiyazlı hesab edən bu şəxslər digərlərinə hörmətsizlik etməklə yanaşı cəmiyyətdə "haqlı" tərəf kimi görünməyə çalışırlar. 

Analoji hadisə Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi ilə Şeyx Məhəmməd Xiyabani küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 90 HD 984 dövlət nömrə nişanlı, "Tofaş" markalı avtomobil adıçəkilən ərazidə, "Şahzadə" restoranının qarşısında qaydanı pozur. Digər sürücü ona etirazını bildirir. Lakin artıq söz-söhbətdən uzaq olmaq üçün sonda "hozu" sürücüyə yol verir. Avtosfer.az həmin görüntüləri təqdim edir:

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh