Avtomobil piyadanı vurub – Yevlaxda

Qəzalar 17 İyun 2018 11:53 Oxunub 832
Avtomobil piyadanı vurub – Yevlaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Yevlax şəhərində avtomobil tərəfindən vurulan piyadanın kimliyi məlum olub.  "Report"un Qərb bürosunun məlumatına görə, bu, Yevlax şəhər sakini, 1961-ci il təvəllüdlü Səfiquliyev Rüstəm Səfiqulu oğludur. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Qeyd edək ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

***22:24

Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Küçədə 50-55 yaşlı kişi yolu keçmək istəyən zaman avtomobil onu vurub. Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh