Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb

Gündəm 17 İyun 2018 12:25 Oxunub 784
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyslərin hansı səbəbdən təxirə salındığı məlum deyil

Bazar gününə keçən gecə Moskva aeroportlarında onlarla reys təxirə salınıb və ya ləğv olunub. “Report” xəbər verir ki, onların arasında gecə saatlarında Moskvadan Bakıya uçmalı olan təyyarə reysi də var. Gecə saat 01:40 radələrinə qədər ümumilikdə Vnukovo aeroportunda 5 aviareys, Domodedovoda, Moskva-Bakı aviareysi də daxil olmaqla 14 reys, Şeremetyevoda isə 6 reys təxirə salınıb və ya ləğv olunub.

Lakin yarım saatdan sonra təxirə salınan və ya ləğv olunan aviareyslərin sayı artıb. Bakı vaxtı ilə 02:20-yə olan məlumata görə, Domodedovo hava limanında 14 reys gecikmə ilə uçub, ikisi ləğv olunub, Vnukovoda 8 reys gecikib və 3-ü ləğv olunub, Şeremetyevodan isə 8 reys uça bilməyib.

Reyslərin hansı səbəbdən təxirə salındığı məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh