Bir ailənin üzvləri avtomobil qəzasına düşüb - Yevlaxda

Qəzalar 17 İyun 2018 12:45 Oxunub 805
Bir ailənin üzvləri avtomobil qəzasına düşüb - Yevlaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Yevlax ərazisində yağan güclü yağış avtomobil qəzasına səbəb olub. "Report"un Qərb bürosunun məlumatına görə, Qaraməmmədli kənd yolunda "Toyota-Prado" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan Razayeva Turanə (2003-cü il təvəllüdlü), Rzayev Zakir (1954-cü il təvəllüdlü) və Rzayeva Pəri (1957-ci il təvəllüdlü) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər üç yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, hadisəyə əraziyə yağan güclü yağış səbəb olub. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh