Rayonlarımıza dolu yağdı, ağaclar aşdı - Ziyan dəyib - FOTOLAR

Gündəm 18 İyun 2018 01:34 Oxunub 966
Rayonlarımıza dolu yağdı, ağaclar aşdı - Ziyan dəyib - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Leysan yağışlar kənd təsərrüfatına ziyansız ötüşməyib

Bu gün saat 18:00 radələrində Qərb bölgəsinin bəzi rayonlarına yağış yağıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Göygöl rayonunda əvvəlcə 5 dəqiqə dolu yağıb, daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış gülü küləklə müşayiət olunub. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib.

Rayon İcra Hakimiyyəti Aparatından verilən məlumata görə, dolu əsasən rayon mərkəzi, Mollacəlili və Topalhəsənli kəndlərində müşayiət olunub. Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.

Bundan əlavə, Gədəbəy, Daşkəsən və Şəmkir rayonlarına yağan leysan yağışlar da, kənd təsərrüfatına ziyansız ötüşməyib.




ŞƏRH YAZ
Ad

E-mail

Şərh