Maşından yıxılan gənc arıçı öldü

Gündəm 18 İyun 2018 01:41 Oxunub 763
Maşından yıxılan gənc arıçı öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ehtiyatsızlıqdan yük maşınından yıxılaraq açıq kəllə-beyin travması alıb

Astarada yük maşınından yıxılaraq ağır xəsarət alan 19 yaşlı gənc xəstəxanada dünyasını dəyişib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 11-də baş verib. Siyaku kənd sakini 1999-cu il təvəllüdlü Elton Asəf oğlu Şabanov kənddə arı pətəkləri aran bölgəsinə aparılarkən ehtiyatsızlıqdan yük maşınından yıxılaraq açıq kəllə-beyin travması alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E. Şabanov bu gün dünyasını dəyişib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh