Sərnişin dolu avtobusla "zapravka"ya girdi: Sürücünü ağır cəza gözləyir - VİDEO

Qaydalar 18 İyun 2018 01:42 Oxunub 1909
Sərnişin dolu avtobusla "zapravka"ya girdi: Sürücünü ağır cəza gözləyir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi sürücünü 3 cərimə balı və 60 manat miqdarında cərimə edə bilər

İçərisi sərnişinlə dolu avtobus yanacaqdoldurma məntəqəsinə daxil olaraq yanacaq vurdurub. Bununla da sərnişinlərin həyatını təhlükəyə atıb. Avtosfer.az xəbər verir ki, hadisə Bakıda fəaliyyət göstərən marşrut avtobuslarından birində baş verib. Görüntüdən aydın olur ki, sürücü özünün və sərnişinlərin həyatını təhlükəyə ataraq yanacaqdoldurma məntəqəsinə daxil olub. Verilən məlumata görə, hətta sərnişinlər sürücünün bu addımına etiraz etsələr də o, buna məhəl qoymayıb. Görünən odur ki, hələ də belə qayda pozan sürücülər var.

Bəs bu sürücünü hansı cəza gözləyir? "Yol hərəkəti haqqında" qanuna görə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır. Belə halda yol polisi sürücünü 3 cərimə balı və 60 manat miqdarında cərimə edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh