İki uşaq anasını maşın vurub öldürdü - Sürücü sərbəst buraxıldı - FOTO
Oxucu məktubları 18 Iyun 2018 01:46 2169 dəfə oxunub
İki uşaq anasını maşın vurub öldürdü - Sürücü sərbəst buraxıldı - FOTO
Sürət yüksək olduğundan piyada bir neçə metr hündürlüyə qalxaraq yerə düşüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, 1982-ci il təvəllüdlü İmaməliyeva Lalə Salman qızı iyunun 9-da Heydər Əliyev prospektində yolu keçərkən avtomobil tərəfindən vurulub. İki azyaşlı övladı olan L.İmaməliyeva aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Qəzanı 85-CA-611 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü törədib. Hadisə şahidlərinin dediyinə görə, avtomobilin sürəti yüksək olduğundan piyada bir neçə metr hündürlüyə qalxaraq yerə düşüb. Hadisəni törədən sürücü maşından düşərək qadına köməklik göstərib.

L.İmaməliyevanın ailə üzvlərinin sözlərinə görə, Nizami Rayon Polis İdarəsində fakt üzrə cinayət işi başlanılıb. Onlar qeyd edib ki, işi araşdıran müstəntiq Elşən Bədirzadə qəzanı törədən sürücünün saxlanıldığını deyib. Lakin bir neçə gün sonra məlum olub ki, sürücü sərbəst buraxılıb.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh